🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

"Qara Panter 3-ün Çıxış Tarixi Açıqlandı"

05.08.2025 19:03 1 baxış sayı 2 dəq. oxuma
"Qara Panter 3-ün Çıxış Tarixi Açıqlandı"

Marvel studiyası Rayan Kuqler-in rejissorluğu ilə çəkiləcək "Qara Panter 3" filminin hazırlıqlarına başlayıb. "The Hot Mic" proqramında Jeff Sneiderin verdiyi məlumata görə, filmin çəkilişləri 2027-ci ilin əvvəllərində başlayacaq və 18 fevral 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq. Bu tarix əvvəllər Marvelin təqvimində olsa da, filmin dəqiq çıxış tarixi müəyyən olunmamışdı. Sneiderin açıqlaması isə bu sualı cavablandırdı.


Marvel hələ "Qara Panter 3" üçün rəsmi açıqlama verməsə də, yeni detallar vaxtaşırı ortaya çıxır. Bunun ən bariz nümunəsi ötən noyabr ayında Denzel Vaşinqtonun layihəyə qoşulduğu haqqında xəbər oldu. Ancaq Vaşinqtonun filmdə hansı obrazı canlandıracağı hələ də bəlli deyil.


Variety tərəfindən paylaşılan son məlumatlar Kuqler tərəfindən çəkiləcək üçüncü filmin ideyalarının formalaşmağa başladığını və studiya daxilində böyük marağa səbəb olduğunu göstərir. İlk iki filmin rejissoru olan Kuqler, Marvelin uzunmüddətli layihələrində əsas fiqur olaraq qalır.


Seriyanın son filmi olan "Qara Panter: Vakanadan Əbədi" 2022-ci ildə ekranlara çıxmışdı. Birinci filmin kassadakı uğuruna çatmasa da, dünya üzrə 859 milyon dollar qazanc əldə edərək son beş ilin ən yüksək gəlir gətirən Marvel filmi oldu. Nəzərə alsaq ki, üçüncü filmin təsdiqlənməsi heç də təəccüblü deyil.


Filmin rəsmi açıqlamasının bu ay, 9-11 avqust tarixlərində keçiriləcək D23 tədbirində edilməsi gözlənilir.


Paylaş: