🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Samsung-dan One UI 8 yenilənməsini almayan telefonlar

07.08.2025 03:03 1 baxış sayı 2 dəq. oxuma
Samsung-dan One UI 8 yenilənməsini almayan telefonlar

Aprelin 7-də Samsung One UI 7 yenilənməsinə start verəndən sonra, hər kəs gözlərini One UI 8-ə dikdi. Amma təəssüf ki, bu yenilənmə bütün modellər üçün mövcud olmayacaq. Bəs hansı Samsung cihazları One UI 8 yenilənməsini ala bilməyəcək? Ətraflı məlumatı sizə təqdim edirik!


Son illərdə Samsung proqram təminatı dəstəyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Galaxy A16 5G-dən sonra buraxılan orta səviyyəli modellər altı il, Galaxy S24 seriyası kimi bayraqman cihazlar isə yeddi ilə qədər yenilənmələr alacaq. Lakin bu genişləndirilmiş dəstək yalnız yeni modellərə şamil olunur. Əvvəl buraxılan cihazlar hələ də satışa çıxarıldıqları zaman verilən yenilənmə müddətinə məhduddurlar. Bu o deməkdir ki, bəzi Samsung modelləri üçün proqram dəstəyi başa çatıb.


Etibarlı mənbələrə görə, Galaxy S21 seriyası Android 16 yenilənməsini almayacaq. Çünki Samsung bu seriya üçün dörd əsas əməliyyat sistemi yenilənməsi vəd etmişdi. Galaxy S21 seriyası Android 11 ilə satışa çıxarılmış və Android 12, 13, 14 və son olaraq 15-i alaraq, verilən vədə uyğun olaraq yenilənmə limitinə çatmışdır. Nəticədə, Galaxy S21, S21+, S21 Ultra və S21 FE Android 16-ya yenilənməyəcək. Ancaq bir müddət daha təhlükəsizlik yamaları alacaqlar.


One UI 8 yenilənməsini almayan Samsung modelləri:


Galaxy S Seriyası: Galaxy S21, Galaxy S21+, Galaxy S21 Ultra


Galaxy Z Seriyası: Galaxy Z Fold 3, Galaxy Z Flip 3


Galaxy Tab Seriyası: Galaxy Tab S6 Lite (2022), Galaxy Tab Active 4 Pro


Galaxy A Seriyası: Galaxy A14, Galaxy A14 5G


Galaxy M Seriyası: Galaxy M33, Galaxy M14, Galaxy M14 5G


Galaxy F Seriyası: Galaxy F14 5G


Paylaş: