🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Samsung Galaxy S25 Seriyasının Satış Rəqəmləri Açıqlandı!

03.05.2025 13:03 37 baxış sayı 2 dəq. oxuma
Samsung Galaxy S25 Seriyasının Satış Rəqəmləri Açıqlandı!

Samsungun 2025-ci il bayraqdar smartfonu olan Galaxy S25 seriyası, satışa çıxdığı ilk iki ayda cəmi 9.16 milyon ədəd satılıb. Son məlumatlara görə, seriyada ən çox üstünlük verilən model Galaxy S25 Ultradır. Ümumi satışların yarısından çoxu Ultra modelin payına düşür. Galaxy S25 Ultra, 5.08 milyon ədəd satışı ilə seriyada liderlik edir. Galaxy S25 2.41 milyon, Galaxy S25+ isə 1.67 milyon ədəd satılıb. S25 və S25+ modellərinin ümumi satışı 4.08 milyon ədəd olub ki, bu da S25 Ultradan 1 milyon ədəd azdır.


Əvvəlki nəsil Galaxy S24 seriyası ilə müqayisədə, yeddi ay ərzində 23.4 milyon ədəd satılıb. Bu müddət ərzində ən çox satılan model 11.2 milyon ədəd satılan Galaxy S24 Ultra olub. Galaxy S24 7.49 milyon, Galaxy S25+ isə 4.71 milyon ədəd satılıb. Galaxy S25 seriyasının yalnız iki aylıq performansı qiymətləndirildikdə, əvvəlki seriyalarla müqayisədə daha sürətli satış tempi qazandığı görünür.


Samsung ilin sonuna qədər yeni seriya üçün 37 milyon ədəd istehsal hədəfi müəyyən edib. Əgər bu hədəfə çatılırsa, Galaxy S25 seriyası illik əsasda Galaxy S24 seriyasını təxminən 2 milyon ədəd üstələyəcək.


Paylaş: