STALKER 2 Oyun Dünyasını Fəth Etdi
Ukraynalı GSC Game World studiyasının əsəri olan STALKER 2: Çernobılın Ürəyi, illərlə gözlənildikdən sonra, 2024-cü ilin sentyabrında oyunçularla görüşdü. Bu oyunun çıxışı böyük təsir bağışlayaraq oyun dünyasında böyük maraq və rəğbət qazandı.
Bu gün isə studiyadan həyəcan verici bir elan gəldi: STALKER 2: Çernobılın Ürəyi oyununun satış rəqəmləri açıqlandı. GSC Game World sosial media səhifələrində etdiyi açıqlamada oyunun 1 milyon satış həddini aşdığını bildirdi.
Əslində, bu heç də təəccüblü deyil, çünki oyun illərdir gözlənilir və minlərlə insanın arzu siyahısında yer alırdı. Lakin 1 milyondan çox satışa baxmayaraq, gəlirin inkişaf xərclərini ödəməyə yetərli olmayacağı düşünülür. Hətta Gamescom 2024 tədbirində şirkət STALKER 2: Çernobılın Ürəyi üzərində 430 nəfərlik bir komandanın çalışdığını bildirib.
Oxşar xəbərlər
Stalker 2: Çernobılın Ürəyi - Nəfəs Kəsən Qrafika
Texnologiya xəbərləri
STALKER 2 üçün kompüter sistem tələbləri açıqlandı...
Texnologiya xəbərləri
Steam oyun dünyasını dəyişdirdi!
Son Xeberler
PS5 Pro: Oyun Həvəskarları üçün Güc və Bahalı Bir...
Son Xeberler
Rüfət Qurban vəfat etdi
Xəbər Anı
Fəth və HƏMAS nümayəndələri bir araya gəldi
Bugun.az