🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Starlink-də qlobal kəsinti: Elon Mask üzr istədi

25.07.2025 22:03 1 baxış sayı 2 dəq. oxuma
Starlink-də qlobal kəsinti: Elon Mask üzr istədi

Dünya miqyasında Starlink internet xidməti təxminən üç saat ərzində istifadəçiləri internetsiz qoydu. Problemin yaranması sosial mediada qısa müddətli çaşqınlığa səbəb oldu. Şirkət və Elon Mask tərəfindən verilən açıqlamalardan sonra xidmət normallaşdı.


Kəsinti başlayan kimi dünyanın müxtəlif yerlərindən Starlink istifadəçiləri X və Reddit kimi platformalarda əlaqə problemlərindən şikayət etdilər. Saatlar ərzində minlərlə şikayət Down Detector kimi saytlara daxil oldu. Şikayətlərin 65%-nin tam kəsilmə ilə bağlı olması problemin ciddiliyini göstərdi.


İlk açıqlama SpaceX-in qurucusu Elon Mask tərəfindən verildi. Mask özünün X hesabında qısa müddətli olacağını bildirərək baş verən narahatlıq üçün üzr istədi. Problemin həllindən sonra Starlink-in rəsmi X hesabı da bəyanat yaydı: "Şəbəkə problemi həll edildi və Starlink xidməti bərpa olundu. Əlaqənin əhəmiyyətini başa düşür və narahatlığa görə üzr istəyirik."


Elon Mask bu mesajı öz hesabında da paylaşaraq, "SpaceX bu cür kəsintilərin yenidən baş verməməsi üçün problemin mənbəyini aradan qaldıracaq" dedi və gələcəkdə oxşar problemlərin yaşanmayacağına əmin etdi.


Paylaş: