
Xbox Game Pass-dan Oyunlar Çıxarılır!

Microsoft-un abunəçilik xidməti olan Xbox Game Pass hər ay yeni oyunlar əlavə etsə də, bəzi oyunları da müəyyən müddətdən sonra platformadan silir. Son məlumata görə, avqust ayında Game Pass-dan çıxarılacaq oyunlar açıqlanıb.
15 avqust tarixindən etibarən Xbox Game Pass abunəçiləri üç oyuna əlvida deyəcəklər: Anthem, Farming Simulator 22 və Persona 3 Reload. Abunəçilərin bu oyunları yükləmək və oynamaq üçün müəyyən edilmiş tarixə qədər vaxtları var.
Hələ təsdiq olunmasa da, 15 avqustda platformdan başqa oyunların da çıxarılması mümkündür. Hazırda rəsmi olaraq elan edilən oyunlar yalnız bunlardır.
Avqust ayında əlavə olunacaq oyunlar isə belədir:
Hazırda mövcuddur: Rain World (Cloud, Console, və PC), Citizen Sleeper 2: Starward Vector (yalnız Xbox Series X/S), Lonely Mountains: Snow Riders (yalnız Xbox Series X/S), MechWarrior 5: Clans (yalnız Xbox Series X/S), Orcs Must Die! Deathtrap (yalnız Xbox Series X/S)
7 Avqust: Assassin’s Creed Mirage (Cloud, Console, və PC)
12 Avqust: Aliens: Fireteam Elite (Cloud, Console, və PC)
14 Avqust: 9 Kings (Game Preview) (yalnız PC)
Oxşar xəbərlər

Xbox Game Pass-a May Ayı Oyunları Əlavə Edildi!
Texnologiya xəbərləri

Xbox Game Pass-dan 5 Oyun Silinəcək! Abunəçilər Na...
Texnologiya xəbərləri

GeForce Now-da Bu Həftənin Oyunları Açılanıb!
Texnologiya xəbərləri

Xbox Game Pass-dan 7 Oyun Silinir!
Texnologiya xəbərləri

Xbox Game Pass-a Yeni Oyunlar Gəlir, Bəziləri isə...
Texnologiya xəbərləri

Fevralda Xbox Game Pass-a əlavə olunacaq oyunlar a...
Texnologiya xəbərləri