
Xiaomi 26 İyun Tarixində Böyük Təqdimat Edir!

Xiaomi şirkəti yaxın günlərdə Redmi K80 Ultra, Redmi K Pad, Pad 7S Pro və MIX Flip 2 kimi bir sıra yeni məhsullarının təqdimatını elan etdi. Şirkət rəsmi olaraq bu məhsulların 26 iyun tarixində təqdim olunacağını təsdiqlədi.
“İnsan x Maşın x Ev” mövzusunda keçiriləcək geniş miqyaslı tədbirdə Xiaomi özünün ilk YU7 adlı SUV modelini, eləcə də MIX Flip 2, Xiaomi Pad 7S Pro, Redmi K80 Ultra, Redmi K Pad və süni intellektli geyimi cihazlarını nümayiş etdirəcək. YU7 orta-böyük ölçülü elektrikli SUV olub, uzunluğu 4999 mm, əsas oxu məsafəsi isə 3000 mm-dir. Doqquz rəng variantında təklif olunacaq.
Baz modeli arxa təkər ötürücülü tək mühərrik, 96.3 kWh LFP batareya, 835 km (CLTC) məsafə və 0-dan 100 km/saat sürətə 5.88 saniyədə çıxma imkanı ilə təchiz olunub. Pro və Max versiyaları isə 365 kW və 508 kW gücə malik cüt mühərrikli tam ötürücülü sistemlə təchiz olunacaq. Max versiyası 101.7 kWh NMC batareyaya malikdir və 0-dan 100 km/saat sürətə cəmi 3.23 saniyədə çatır.
Xiaomi Pad 7S Pro şirkətin öz istehsalı olan Xring O1 çipseti ilə işləyəcək. 3.2K piksel həlli və 144 Hz yeniləmə tezliyinə malik 12.5 düymlük LCD ekranı, 10160 mAh batareyası və 120W sürətli şarj dəstəyi ilə seçiləcək.
Snapdragon 8 Elite çipseti ilə işləyən MIX Flip 2, Xiaomi-nin bu ilki yeganə qatlanan telefonu olacaq. Redmi K80 Ultra Dimensity 9400 Plus prosessoru ilə təqdim olunacaq. Eyni çipseti istifadə edən Redmi K Pad isə brendin ilk kompakt oyun planşeti olacaq.
Məlumata görə, tədbirdə Xiaomi AI Glasses, Open Earphones Pro, Band 10 ağıllı bilərzik, Watch S4 (41 mm) və "bir şey daha" kimi əlavə məhsullar da təqdim ediləcək.
Etiketlər
Oxşar xəbərlər

Android 16 Yenilənməsi: Xiaomi Telefonlarınız Yeni...
Texnologiya xəbərləri

Xiaomi-nin Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Xiaomi-nin Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Xiaomi iki modelin yeniləmə dəstəyini dayandırdı!
Son Xeberler

Xiaomi-nin Ən Yaxşı Kameralı Telefonları
Texnologiya xəbərləri

Xiaomi 15s Pro-nun Rəsmi Çıxış Tarixi Açıqlandı!
Texnologiya xəbərləri