
Yayımlanması Yaxınlaşan Yeni Battlefield Oyunu

Yayımlanması ilə bağlı gözləntiləri qarşılamayan Battlefield 2042-dən sonra, Electronic Arts şirkəti bu yay yeni Battlefield oyununun təqdimatını edəcəyini təsdiqləyib. EA baş direktoru Andrew Wilsonun 2025 maliyyə ili üçün dördüncü rübb hesabatında açıqladığı kimi, oyunun rəsmi təqdimatı yay aylarında baş tutacaq və şirkətin 2026-cı maliyyə ilinin sonuna qədər satışa çıxarılacaq. Bu da oyunun ən geci 2026-cı ilin aprel ayında satışa çıxacağı deməkdir.
Təqdimatın hər il yay aylarında keçirilən və oyun dünyasında əsas elanların səhnəsi olan Summer Game Fest 2025 çərçivəsində baş tutacağı gözlənilir. Əvvəllər Wilson oyunun çıxış tarixinin Grand Theft Auto VI ilə üst-üstə düşməməsi üçün dəyişdirilə biləcəyini bildirmişdi. Lakin Rockstar Games GTA 6-nın 26 may 2026-cı ildə satışa çıxacağını elan etdikdən sonra EA Battlefield-ın çıxış cədvəlini saxlamağa qərar verib.
Mart ayından bəri davam edən qapalı testlər zamanı çəkilmiş bəzi şəkillər internetdə yayılıb. Bu şəkillər yeni Battlefield oyununun müasir müharibə mövzusuna qayıtdığını və əvvəlki oyunda tənqid doğuran bəzi yeniliklərin ləğv olunduğunu göstərir. Ən diqqət çəkən dəyişikliklər arasında ənənəvi sinif sistemi, missiya əsaslı oyun quruluşu və daha sıx xəritə dizaynları var. Oyunun adı və satış tarixi kimi detalların yay təqdimatı zamanı aydınlaşdırılması gözlənilir. Bəs sizcə, bu oyun necə olacaq?
Oxşar xəbərlər

Xbox Game Pass İstifadəçiləri üçün Battlefield 1 R...
Texnologiya xəbərləri

Yayımlanması Gözlənilən Half-Life 3 Yayda Çıxa Bil...
Texnologiya xəbərləri

Netflix "Kalmar Oyunu" ilə Dəli Olub! Yeni Mobil O...
Texnologiya xəbərləri

EA, Yeni Titanfall Oyununu Ləğv Etdi!
Texnologiya xəbərləri

Yaxınlaşan infarktın gözlənilməz simptomu
Son Xeberler

Steam-də Ən Çox Satılan Oyunlar Açıqlandı
Texnologiya xəbərləri