🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Dubay şokoladı” zərərli imiş… - SƏBƏB

28.10.2024 14:25 37 baxış sayı 1 dəq. oxuma
"Dubay şokoladı” zərərli imiş…

Sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olduğu üzə çıxıb.

Bakı.vs-ə xəbər verir ki, bu barədə “StarHit”ə dietoloq Anna Belousova məlumat verib.

Məlum olub ki, 200 qram ağırlığı olan desertin bir çubuqunda min kilokalori var.

Həkimin sözlərinə görə, belə şirinlik kiçik miqdarda olsa belə təhlükəli ola bilər.

“Əgər sizin allergiyanız varsa, bunu ümumiyyətlə sınamamalısınız. Öd kisəsi ilə bağlı problemi olan insanlara bu şokoladı dadmağı məsləhət görməzdim”, - deyə o qeyd edib.

Endokrinoloq Veronika Savenko da həmkarının fikri ilə razılaşaraq şəkərli diabet və piylənmə xəstələrini şirniyyatdan imtina etməyə çağırıb. Şokoladın tərkibinə daxil olan məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Etiketlər

Paylaş: