7 bal gücündə zəlzələ olacaq - XƏBƏRDARLIQ

02.11.2024 17:22 186 baxış sayı 1 dəq. oxuma
7 bal gücündə zəlzələ olacaq

ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhur Ölüm Vadisində son dövrlərdə ard-arda baş verən yeraltı təkanlar mütəxəssisləri narahat edir.

9 oktyabrdan bu yana bölgədəki Milli Parkda azı 130 təkan qeydə alınıb. 25 yanvarda baş verən 4.7 və 4.5 bal gücündəki zəlzələlərin ardınca cümə axşamı bölgə 6 bal gücündə zəlzələ ilə sarsılıb.

Las-Veqasda da hiss olunan təkanlar bölgədə dağıntılara səbəb olmasa da, panika yaradıb.

Dünyanın əsas zəlzələ bölgələrindən biri olan Kaliforniyada bu təkanların böyük bir zəlzələnin xəbərçisi ola biləcəyi ilə bağlı narahatlıq gündəmə gəlib. Bəzi mütəxəssislər də bu təkanların 7 bal gücündə bir zəlzələnin xəbərçisi ola biləcəyini bildiriblər.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: