
Bakıda bu gün açılan yolla nə dəyişəcək?

Bu gün Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, 6 hərəkət zolaqlı bu yol paytaxtın nəqliyyat yükünün azaldılması baxımından böyük əhəmiyyətə malikdir.
Yeni yolun istifadəyə verilməsi ilə “Koroğlu” qovşağına düşən nəqliyyat yükünün xeyli azalacağını söyləmək olar.
12,7 km uzunluqda yol Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.
Mütəxəssislər bildirir ki, bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, Şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq. Həmçinin Binəqədi şosesinin yükü də azalacaq olacaq və Rəsulzadə qəsəbəsi istiqamətindən mərkəzə doğru və geriyə müşahidə edilən ənənəvi tıxaclar nisbətən zəifləyəcək.
Bundan əlavə, yeni yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.
Həmçinin yeni yolun istifadəyə verilməsi Bakının bir sıra əraziləri: Neftçilər-Əhmədli istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çata bilməsinə gətirib çıxaracaq.
Beləliklə, 2024-cü ildə bu yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx və təbii tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək
Azəri Xəbər

İzmirdə iki nəfərin elektrik vurması nəticəsində ö...
Son Xeberler
Sabah Bakıda hava yağmursuz olacaq, rayonlara leys...
Azəri Xəbər

Sabah Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Azəri Xəbər

Sabah havanın temperaturu dəyişəcək
Bugun.az

Bu tarixdə havanın tempuratoru dəyişəcək
Bugun.az



