DİQQƏT! Əhaliyə müraciət edildi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində göstərilən xidmətlərlə bağlı əhaliyə müraciət edib.
Bildirilib ki, bayramla əlaqədar əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.
"Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
DYP əhaliyə müraciət etdi
Bugun.az
Təqaüdlü proqramlaşdırma tədrisi - seçilən 100 nəf...
Edumap.az Təhsil Portalı
Güclü külək, sel və ildırımla bağlı əhaliyə
Xəbər Anı
Mühasib/Kiçik mühasib vakansiyaları
Edumap.az Təhsil Portalı
Əhaliyə xəbərdarlıq edildi
Xəbər Anı
Əhaliyə ŞAD XƏBƏR - Güzəştlə satılan qazın limiti....
Son Xeberler