Dollarda sürətli artım 5 noyabrda...
Trampın seçkilərdə mümkün qələbəsinə dair mərclərin artması ABŞ dollarını qlobal bazarlarda yenidən zirvəyə çatdırıb. İnvestorlar Trampın həyata keçirməyi planlaşdırdığı tariflər və antiimmiqrant siyasətinin dolları dəstəkləyəcəyinə inanırlar.
Publika.az xəbər verir ki, avqust ayından bəri ən yüksək həddə çatan dollar son zamanlar açıqlanan müsbət iqtisadi məlumatlar və Trampın seçkiləri qazanma ehtimalının artması ilə diqqət çəkir. Bu ayın əvvəlində açıqlanan güclü məşğulluq rəqəmləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi gözləntilərinin geri çəkilməsinə səbəb olub.
Sentyabrın sonundan etibarən dollar rəqib valyutalar qarşısında təxminən 4% dəyər qazanıb. Analitiklər Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə idxal tariflərinin artırılmasının qısa müddətdə dolları dəstəkləyəcəyini proqnozlaşdırır. Bu tariflərin ABŞ iqtisadiyyatında inflyasiya və siyasət faiz dərəcələrini artıracağı gözlənilir.
Keçmiş prezident Tramp tez-tez bəyan edir ki, dolların dəyəri aşağı düşməlidir. Ancaq ümumi gözlənti var ki, respublikaçılar Ağ Ev və Konqresdə qalib gəlsələr, həyata keçiriləcək iqtisadi siyasətlər dolları gücləndirəcək.
Oxşar xəbərlər
Səsdən Sürətli Sərnişin Təyyarəsinin Prototipi Uğu...
Bugun.az
AMD Ryzen 9000 Seriyası: Masaüstü Prosessorlarında...
Texnologiya xəbərləri
Bakıda mənzillər ucuzlaşıb
Son Xeberler
M4 Çipi ilə Yenilənmiş iMac: Xüsusiyyətlər və Qiym...
Texnologiya xəbərləri
Apple Cihazlarının Sürət Sıralamasında Gözəl Bir Ş...
Texnologiya xəbərləri
Elektrikli Avtomobillərin Satışı Rekord Həddə Çatd...
Texnologiya xəbərləri