Ərdoğan zalı tərk etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında liderlərə müraciət edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
O, müsəlman ölkələrini İsrailin qırğınlarına qarşı birgə hərəkət etməyə çağırıb: "Biz Netanyahu hökumətinə işğalının xərclərinin olduğunu hiss etdirəcək bütün konkret və real təklifləri həyata keçirməyə hazırıq".
Sammitin əsas prioriteti ərəb və islam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin yaradılmasına çalışmaq olub.
Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib.
Sammitdə maraqlı anlar yaşanıb. Suriya prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğan zalı tərk edib.
Oxşar xəbərlər
Ərdoğan Putinin Doğum Gününə Nə Hədiyyə Etdi?
Bugun.az
Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Son Xeberler
Ərdoğan Əliyevə zəng etdi
Bugun.az
Ərdoğan Azərbaycanı belə təbrik etdi
Son Xeberler
Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
Bugun.az
Ərdoğan "Sarı Gəlin"i ifa etdi - VİDEO
Bugun.az