Sabah ölkədə 10 mindən çox abonentin qazı kəsiləcək
Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi istinadən məlumat verib.
Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun səkkiz kəndi, iki qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.
Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) "Qaz İxrac" İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən "CAKA-80" tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, bir ədəd RDO50/100 markalı qaztənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.
Bu səbəbdən qaz təchizatının "Qarasu" QPS-dən qidalanan "Qarasu əhali" ölçü qovşağından dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Sabah hava necə olacaq?
Bugun.az
Sabah bu ərazilərdə qaz kəsiləcək
Xəbər Anı
Bakının 3 rayonunda su kəsiləcək
Son Xeberler
Bu şəhərdə su kəsiləcək
Xəbər Anı
Bakıda Qaz Kəsiləcək: Stansiya Qala, Ləhiş Bağları...
Son Xeberler
Sabah hava necə olacaq?
Xəbər Anı