"Xəzər TV”yə xəbərdarlıq edildi
Audiovizual Şura “Xəzər TV”nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib.
Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsidir.
Qeyd edilib ki, serialın yayımı zamanı (saat 22.32-da) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmayıb və bununla da, "Media haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi pozulub.
"Xəzər TV-nin efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq, Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib" deyə, məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Murad Dadaşov daha bir məşhuru Xəzər TV-yə gətirdi...
Son Xeberler
Güclü küləklə bağlı sarı xəbərdarlıq edildi
Bugun.az
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi -
Son Xeberler
Məşhur aparıcılar "Xəzər"dən getdi
Son Xeberler
“Xəzər” TV-nin bu məşhur verilişi də bağlandı
Son Xeberler
Zaur Kamal Xəzər TV-dən ayrıldı -
Şou Xəbər