
Yadplanetlilərin ən çox görüldüyü şəhərlərin adları açıqlandı

ABŞ-nin Arizona ştatında Finiks şəhəri dünyanın hər yerindən olan ufoloqlar, konspiratorlar və digər yadplanetli "ovçuları" arasında ən populyar şəhər seçilib.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə "BetUS" tərəfindən tərtib edilmiş Milli UFO Hesabatları Mərkəzinin hesabatından aydın olub.
Bildirilir ki, son 10 ildə 323 nəfər paranormal hadisələri, yadplanetliləri və buna bənzər şeyləri müşahidə etmək üçün Finiksə yollanıb.
Şəhərin bu populyarlığının səbəbi 1997-ci ildə baş verən hadisə olub. Həmin vaxt yüzlərlə insan şəhərdən eyni anda "Finiks İşıqları" adlanan - böyük yüksəklikdə bir-birinə paralel şəkildə üfüq boyunca hərəkət edən onlarla işıqlı obyekti gördüklərini bildiriblər.
Yadplanetlilərin ən çox göründüyü şəhərlər arasında ikinci yeri Nyu-York tutub, 10 il ərzində ora 313 yadplanetli "ovçusu" gedib.
Müxtəlif növ konspiroloqların toplaşdığı üçüncü yer məşhur 51-ci Zonanın yerləşdiyi Nevada olub. Ora 309 nəfər yollanıb.
Etiketlər
Oxşar xəbərlər

Hadrutda küçələrə şəhidlərin adları verildi -
Son Xeberler

FIFA Klublararası Dünya Çempionatı üçün yeni kubok...
Texnologiya xəbərləri

Redmi K80 Pro-nun kamera xüsusiyyətləri açıqlandı!
Texnologiya xəbərləri

MediaTek Dimensity 9400 Test Nəticələri Açıqlandı!
Son Xeberler

2024-cü ilin "İlin Oyunu" mükafatı: Kim qalib gəld...
Texnologiya xəbərləri

OnePlus 13R-in satışa çıxacağı tarix açıqlandı!
Texnologiya xəbərləri