ABŞ-nin Quantanamodakı hərbi bazasının aeroportu qasırğaya görə bağlanıb

28.10.2025 19:37 5 baxış sayı 2 dəq. oxuma Report
ABŞ-nin Quantanamodakı hərbi bazasının aeroportu qasırğaya görə bağlanıb

Kubanın Quantanamo körfəzində yerləşən ABŞ hərbi dəniz bazasının hava limanı Karib dənizində tüğyan edən "Melissa" qasırğasına görə bağlanıb. Hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə bu barədə məlumat yayıb.


Mənbə bildirib ki, aerodrom qasırğa səbəbindən bağlı vəziyyətdədir. Ərazidə istənilən növ təyyarə üçün uçuşlar qadağan edilib. Bu qadağa noyabrın 2-i günün sonuna qədər qüvvədə qalacaq.


Qeyd edək ki, "Melissa" qasırğasının yaxınlaşması səbəbindən ötən həftə sonu Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasından təxliyə əməliyyatı həyata keçirilmişdi. Təxminən 1 000 nəfər təxliyə olunub. Onların arasında Hərbi Nazirliyin işçiləri, hərbçilərin qohumları və podratçılar yer alırdı. Quantanamo körfəzini tərk edən bu şəxslər müvəqqəti olaraq Florida ştatının Pensakola şəhərindəki hərbi dəniz bazasında yerləşdiriliblər. Təxliyə edilən heyət növbəti iki həftə ərzində orada qalacaq.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: