
ABŞ pasportu dünyanın ən güclü 10-luğundan çıxıb

ABŞ pasportu artıq dünyanın ən güclü ilk onluğunda yer almır və “Henley & Partners” konsaltinq şirkətinin hazırladığı pasport indeks reytinqində 12-ci pilləyə düşüb.
Rəsmi məlumatlara görə, ABŞ pasportu 12-ci yeri tutaraq bu mövqeyi Malayziya ilə bölüşür.
Lakin eyni göstəricilərə malik bir neçə ölkənin mövcudluğunu nəzərə alsaq, ABŞ faktiki olaraq bu siyahıda yalnız 38-ci sırada qərarlaşır.
Bildirilir ki, ABŞ vətəndaşları vizasız, yaxud ölkəyə daxil olduqda viza almaq şərti ilə 180 ölkəyə səfər edə bilirlər. Bu göstərici Malayziya ilə eynidir.
Müqayisə etmək üçün qeyd edək ki, dünyanın ən güclü pasportu sayılan Sinqapur pasportu sahibləri 193 ölkəyə vizasız səyahət edə bilərlər.
ABŞ-ın "Newsweek" qəzeti vurğulayır ki, iyul reytinqində ABŞ pasportu İslandiya və Litva ilə birlikdə 10-cu yerdə idi, lakin o vaxtdan bəri xeyli mövqe itirmişdir.
Oxşar xəbərlər

Qarabağdakı ermənilərə Azərbaycan pasportu BU ŞƏRT...
Son Xeberler

Bu peyvənddən vurduranlara viza verilməyəcək -
Son Xeberler

Türkiyə vətəndaşları Azərbaycana bu sənədlərlə səf...
Son Xeberler

Azərbaycan vətəndaşları Türkiyəyə bu sənədlərlə
Son Xeberler

Google Pixel 10 Pro: Konsept Dizaynı Heyran Edir
Texnologiya xəbərləri

ÜST: Sağalan xəstələr yenidən Koronavirusa yoluxa...
Bugun.az