Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib (FOTO)

10.11.2025 09:56 6 baxış sayı 4 dəq. oxuma Trend
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib (FOTO)

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə xüsusi görüş təşkil edildi. Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) və YAP Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan bu tədbirdə rayon rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak etdi. Görüşdə RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, həmçinin YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev yer aldı. Tədbirə Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova da qatılmışdı. Mərasim əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Dövlət Himninin oxunması ilə başladı. Bu görüş Vətən Müharibəsində göstərilən qəhrəmanlığa və zəfərə böyük hörmət əlaməti idi.


RİH başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını təbrik edərək qələbənin əhəmiyyətini vurğuladı. O bildirdi ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti nəticəsində Vətən Müharibəsində xalqımız böyük qələbə qazandı. Başçı şəhidlərimizin şücaəti sayəsində düşmənin döyüş meydanında diz çökdürüldüyünü və beləliklə 30 illik işğal həsrətinə son qoyulduğunu qeyd etdi. Fərzəliyev, azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərindən danışdı, soydaşlarımızın təhlükəsiz şəraitdə öz dədə-baba yurdlarına qayıtmağa başladığını söylədi. O, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini, bu siyasətin bundan sonra da davam etdiriləcəyini əlavə etdi. YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev də çıxış edərək Zəfər Gününun xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini və Azərbaycan igidlərinin qəhrəmanlıqlarının təcəssümü olduğunu bildirdi.


Tədbirdə Milli Məclisin deputatları da çıxış edərək qələbənin regional əhəmiyyətinə toxundular. Deputat Nigar Məmmədova bu zəfərin bölgəyə sülh və əmin-amanlıq gətirdiyini və regionumuzun siyasi baxışını dəyişərək yeni imkanlar və logistik fürsətlər yaratdığını qeyd etdi. Digər deputat Rizvan Nəbiyev isə Azərbaycanın Vətən Müharibəsində qalib gəlməklə regionun siyasətini sülhə və bərabərliyə doğru yönəltdiyini söylədi. Nəbiyev xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğuladı. Şəhid anası Xatirə İsmayılova isə çıxışında dövlətin şəhid ailələrinə göstərdiyi hərtərəfli qayğıdan danışdı. O, şəhidlərin xatirəsinin uca tutulmasına görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını çatdırdı. Görüşün sonunda Vətən Müharibəsi qəhrəmanı, şəhid Orxan Əkbərovun övladı Çingiz Əkbərovun və şəhid Fərid Məmmədovun övladı Fuad Məmmədovun doğum günləri təbrik edildi, onlara hədiyyələr təqdim olundu. Tədbirin bədii hissəsi isə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənə və qələbəyə həsr olunmuş mahnılarla başa çatdı.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: