
Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi (FOTO/VİDEO)
Akademik Milli Dram Teatrı görkəmli sənətkar, Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyini qeyd etdi. Bu əlamətdar hadisəyə həsr olunmuş tədbirdə aktrisanın vaxtilə rol aldığı “Xurşidbanu Natəvan” tamaşası nümayiş edildi.
Tamaşa nümayişindən əvvəl Mədəniyyət naziri Adil Kərimli çıxış etdi. O, Amaliya Pənahovanın Azərbaycan mədəniyyətindəki əvəzolunmaz rolundan danışdı. Nazir qeyd etdi ki, sənətkar milli teatr və kino sənətinə dəyərli töhfələr verib. O, eyni zamanda, teatr təşkilatçısı və pedaqoq kimi fəaliyyət göstərib. Amaliya Pənahovanın sənəti hər zaman dövlət səviyyəsində yüksək qiymətləndirilib. Onun yaradıcılığı Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılıb və dövlət qayğısı ilə əhatə olunub.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə və Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov da tədbirdə çıxış etdilər. Onlar böyük sənətkar haqqında xatirələrini bölüşdülər. Həmçinin Pənahovanın yaratdığı hər rolun uğurlu sənət yolu olduğundan söz açdılar. Çıxışlardan sonra Amaliya Pənahovanın uzunömürlü tamaşalarından sayılan “Xurşidbanu Natəvan” tamaşası nümayiş olundu. Bu səhnə əsəri Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur. Quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir. Səhnə əsərində geniş heyət iştirak edir. Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan) və Kazım Abdullayev (Canişin) baş rollarda çıxış edirlər. Əməkdar artistlərdən Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Elnar Qarayev (Mamayı), Mirzə Ağabəyli (kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi) və Elşən Rüstəmov (Şahzadə) rolları canlandırırlar. Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov (Qoca Knyaz) kimi tanınmış sənətkarlar, eləcə də digər aktyorlar bu xüsusi gecədə iştirak etdilər.
Muzey və tarix-mədəniyyət abidələri haqqında yazıram. Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaq istəyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Üzeyir Hacıbəyli,Natəvan və Bülbülün
Son Xeberler

Vaqif Vəliyev vəfat etdi - FOTO
Bugun.az

Məktəbliləri teatr səhnəsində
GƏM xəbər

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Son Xeberler

Əkiz bacılar eyni kişiyə ərə getdilər -
Son Xeberler

67 yaşlı əməkdar artist vəfat etdi - FOTO
Bugun.az



