Üzeyir Hacıbəyli,Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıb

15.01.2021 09:38 407 baxış sayı 3 dəq. oxuma
Üzeyir Hacıbəyli,Natəvan və Bülbülün

Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.

 “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.

Qeyd edək ki, heykəllər işğaldan sonra Bakıya gətirilmişdi.

 

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: