
ATU və Malayziyanın MAHSA Universiteti arasında online görüş keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) və Malayziyanın MAHSA Universiteti arasında online formatda görüş keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli və MAHSA Universitetinin rəhbərliyi arasında baş tutan bu görüş Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin dəstəyi ilə reallaşıb. Görüşdə iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu.
Hər iki universitetin rəhbərləri təmsil etdikləri ali məktəblər haqqında ətraflı məlumat verdilər. Onlar gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinə baxdılar. Həmçinin, tələbə və müəllim mübadiləsi, eləcə də digər akademik fəaliyyətlərin reallaşdırılması istiqamətində əməkdaşlıq perspektivlərini dəyərləndirdilər. ATU rektoru, professor Gəray Gəraybəyli çıxışı zamanı universitetin tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçdiyini bildirdi. O qeyd etdi ki, ATU hazırda xarici tələbələrin sayına görə ölkədə birinci yerdədir. Rektor vurğuladı ki, bu uğurlar Azərbaycan tibb təhsilinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Professor Gəraybəyli belə görüşlərin akademik əməkdaşlığı genişləndirdiyini, elmi biliklərin mübadiləsini gücləndirdiyini söylədi. Bu görüşlər tələbələr üçün yeni təcrübə imkanlarının formalaşması baxımından əhəmiyyətli rol oynayır. O, əməkdaşlığın davamlı və səmərəli olacağına inandığını və universitetlər arasında anlaşma memorandumunun imzalanmasının faydalı olacağını qeyd etdi. MAHSA Universitetinin qurucusu, Senator professor Tan Sri Dr. Hj. Mohamed Haniffa da bu fikirləri dəstəklədi. O bildirdi ki, 2004-cü ildə Kuala-Lumpurda əsası qoyulan MAHSA, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biridir.
MAHSA Universiteti “Quacquarelli Symonds (QS)” Agentliyinin beynəlxalq reytinq cədvəlində yer alır. Bu ali məktəb 97 proqram üzrə bakalavr, magistratura və doktorantura pillələrində kadr hazırlığı aparır. Universitetdə Müalicə işi, Stomatologiya, Tibb bacısı işi, Əczaçılıq, Sağlamlıq elmləri və Biologiya kimi fakültələr fəaliyyət göstərir. Hazırda MAHSA-da 75 ölkədən olan tələbələr təhsil alır. Professor Tan Sri Dr. Hj. Mohamed Haniffa anlaşma memorandumunun imzalanması ideyasını tamamilə dəstəklədiyini ifadə etdi. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Sərxan İsmayılov və birinci katib Şəbnəm Kərimova, eləcə də Mahsa Universitetinin nümayəndəsi Dato' Dr. Shahril Bin Prof. Tan Sri Datuk Dr. Haji Mohamed Haniffa iştirak ediblər.
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanın 3 universiteti yüksək nəticə göstərdi...
Bugun.az
Azərbaycanın 13 ali məktəbi TÜRKÜNİB-ə üzv qəbul e...
Azəri Xəbər

Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI
Bugun.az

Bu universitetlər TÜRKÜNİB-ə üzv qəbul edildi
Bugun.az
Türkiyə-Azərbaycan Universitetinin iki illik fəali...
Azəri Xəbər

Dövlət komissiyalarının nümayəndələri arasında gör...
Bugun.az



