
AXC-nin buraxdığı ilk markalar beynəlxalq səviyyədə qeydiyyatdan keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk markalar rəsmən beynəlxalq marka nömrələmə sistemində qeydiyyata alınıb. Bu hadisə ölkənin poçt tarixinin qədimliyini bir daha sübut edən mühüm addımdır.
"Azərpoçt" MMC-yə istinadən verilən məlumata görə, 2021-ci ildən bəri ölkədə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının (WADP) yaratdığı Nömrələmə Sistemi (WNS) vasitəsilə qeydiyyata alınır. Bu mexanizm "Azərpoçt" markalarının nüfuzunu artırır və onların beynəlxalq müsabiqə, sərgilərdə iştirak etməsinə şərait yaradır. ÜPİ-nin marka buraxılışı üzrə qəbul etdiyi tələblər bu sahədə etibarlılıq və leqal statusu təmin etməkdə mühüm rol oynayır. Poçt operatorları tərəfindən buraxılan markaların ÜPİ-nin "WNS" qeydiyyat sistemində yer alması onların dünya miqyasında rəsmi statusla tanınmasına gətirib çıxarır.
"Azərpoçt" şirkəti Azərbaycanda marka sahəsini inkişaf etdirərək növbəti tarixi missiyanı yerinə yetirdi. AXC-nin ilk poçt markaları məhz "WNS" vasitəsilə rəsmi qeydiyyatdan keçirildi. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox qədimə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da xidmət edir. AXC 1918-ci ildə qurulduqdan bir il sonra, 1919-cu il oktyabrın 6-da Azərbaycan Poçt və Teleqraf Nazirliyi təsis edildi. Cəmi iki həftə sonra, oktyabrın 20-də Azərbaycanın ilk poçt markaları buraxılmışdı. "Azərpoçt"un bu təşəbbüsü Azərbaycan dövlətçiliyi tarixinin təbliğatına xüsusi bir töhfə kimi dəyərləndirilə bilər.
Buraxılan markalar 10 növdən ibarət idi. Markaların rəssamı Zeynal Əlizadə olub. O, bütün markaları əsasən dörd təsvir üzərində işləmiş, hərəsindən bir neçə fərqli rəngdə nəşr etmişdi. Markaların əsas mövzusunu Azərbaycan cəmiyyətini təmsil edən iki insan obrazı, eləcə də tarixi-memarlıq abidələri təşkil edirdi. Təsvirlərdə əlində Azərbaycan bayrağı və tüfəng tutan əsgər, oraqla tarlada məhsul yığan kəndli yer alırdı. Bundan başqa, markalar özündə Şirvanşahlar sarayı, Cümə məscidi və Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakı şəhərinin panoramasını və Azərbaycanın qədim abidəsi olan Atəşgah məbədini əks etdirirdi.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu ölkədə seçki keçirildi
Bugun.az

Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Kon...
Azəri Xəbər

Rumıniya Parlamenti Senatının sədri Bakıya gəldi
Bugun.az

SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler

Bakı bulvarında Xocalı soyqırımının ildönümü ilə b...
Bugun.az

"İnanıram ki, COP29 doğru bir yol olacaq" - İsveçr...
Bugun.az



