Azərbaycanda Konstitusiya Günü qeyd olunur

11.11.2025 20:05 5 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

Hər il 12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Bu günün xüsusi əhəmiyyəti var. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqilliyini bərpa etmiş Azərbaycanın tarixindəki ilk əsas Qanunudur.


Müasir Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edildi. Daha sonra, 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiya qəbul olundu. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.


Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı. Konstitusiya layihəsi geniş ictimaiyyətə təqdim edildi və ümumxalq müzakirəsinə verildi. Nəticədə, 1995-ci il noyabrın 12-də bu layihə ümumxalq referendumu yolu ilə qəbul olundu. Həmin gündən etibarən 12 Noyabr Azərbaycan Respublikasının rəsmi Konstitusiya Günü kimi qeyd olunur.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: