Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

24.10.2025 22:16 8 baxış sayı 2 dəq. oxuma Report
Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatını komanda hesabında üçüncü yerdə başa vuran Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıtdılar. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşıladılar. Güləşçilərimiz 93 xal toplayaraq üçüncü yeri tutdular. Azərbaycan millisi bu nəticə ilə medalların keyfiyyətinə görə tarixində ən yaxşı göstəriciyə imza atdı. Komandamız yalnız İran (143 xal) və Ukraynadan (96 xal) geri qaldı.


Komanda mundialda ümumilikdə 2 qızıl və 1 bürünc medal qazandı. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, habelə məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında çıxış edən heyətdə iki idmançı dünya çempionu oldu. 55 kq çəki dərəcəsində Elmir Əliyev və 63 kq çəkidə Ziya Babaşov qızıl medal qazandılar. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutaraq bürünc medala sahib çıxdı. Bu nailiyyət Azərbaycanın yunan-Roma güləşinin gücünü bir daha təsdiqlədi.

S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: