
Azərbaycanlı məktəblinin həmmüəllifi olduğu təqdiqat beynəlxalq konfransda – FOTO/VİDEO
 
                            
                        Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 19-cu IEEE Beynəlxalq Konfransı ("AICT 2025") baş tutdu. Bu mühüm tədbirdə azərbaycanlı məktəblinin həmmüəllifi olduğu bir təqdiqat işi cəmiyyətə təqdim edildi. Bu beynəlxalq konfrans BƏƏ-nin UAE Universiteti, Azərbaycanın ADA Universiteti, İtaliyanın Politecnico di Torino və ABŞ-nin George Washington universitetləri tərəfindən birgə təşkil olunmuşdu. Konfrans çərçivəsində təlimlər, çıxışlar və elmi təqdimatlar keçirildi. Təqdim edilən məqalələr informasiya və kommunikasiya texnologiyalarının ən son yeniliklərini, nəzəri və praktiki yanaşmalarını əhatə edirdi. "AICT 2025"-in əsas məqsədi elm adamlarını, tədqiqatçıları və sənaye nümayəndələrini bir araya gətirmək, növbəti nəsil informasiya texnologiyaları və xidmətləri üzrə yeni ideyaları müzakirə etmək idi.
Bu ilki konfransda süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi, təhsil və səhiyyədə İKT tətbiqləri kimi 80-dən çox mövzu üzrə sessiyalar keçirildi. Təqdim edilən elmi iş ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi ilə "MegaSec AI Laboratory" tərəfindən aparılan ortaq tədqiqat idi. İşə ADA Universitetinin professoru Samir Rüstəmov rəhbərlik edirdi. Tədqiqatın həmmüəllifləri laboratoriyanın süni intellekt mühəndisi Zaid Rüstəmov və Bakı şəhəri 132-134 nömrəli liseyin 11-ci sinif şagirdi Mehdi Qasımzadə idi. Mehdi eyni zamanda "MegaSec AI Laboratory"-nin Süni İntellekt həlləri üzrə təcrübəçisidir.
Məqalə "Enhancing Retrieval and Re-ranking in RAG: A Case Study on Tax Law of Azerbaijan" mövzusuna həsr olunmuşdu. Bu tədqiqat Azərbaycanın Vergi Məcəlləsi əsasında hüquqi məlumatların daha dəqiq axtarışı və cavabların yaxşılaşdırılması üçün yeni bir metod təqdim edir. Təqdim olunan metodologiyanın nəticəsi olaraq sistem, vergi ilə bağlı verilmiş sualın cavabının Vergilər Məcəlləsinin konkret hansı maddəsində yerləşdiyini avtomatik tapa bilir. Bundan sonra istifadəçiyə həmin mövzu barədə ətraflı izahlı cavab verilir. Bu araşdırma hüquqi sənədlər sahəsində süni intellekt tətbiqləri üçün böyük əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, 16 yaşlı Mehdi Qasımzadə konfransın ən gənc iştirakçısı oldu. Azərbaycanlı məktəblinin bu erkən yaşdakı elmi fəaliyyəti beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Onun süni intellekt sahəsinə və tədqiqat işlərinə olan marağı və yüksək bacarığı beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Mehdi Qasımzadənin bu tədbirdə iştirakı böyük uğur hesab edilir. O, həm də 2023-cü ilin may ayında Almaniyanın paytaxtı Berlində keçirilmiş "Pangea math world" beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Əkiz bacılar eyni kişiyə ərə getdilər -
Son Xeberler

11-ci sinif şagirdi vəfat etdi - FOTO
Bugun.az

Azərbaycanlı aparıcı TANINMAZ HALDA -
Şou Xəbər

Rusiya azərbaycanlı qadını axtarışa verdi - FOTO
Bugun.az

“Azerconnect Group” Azərbaycanda Kiberdiplomatiya...
Son Xeberler

Nazirlik koronavirusla bağlı əhaliyə müraciət etdi
Son Xeberler
 
                                        


