🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlik koronavirusla bağlı əhaliyə müraciət etdi SON DƏQİQƏ

06.07.2020 14:58 517 baxış sayı 2 dəq. oxuma
Nazirlik koronavirusla bağlı əhaliyə müraciət etdi

Koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata bu barədə fikir pandemiya ilə mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunan növbəti video-konfransda səsləndirilib.

Vurğulanıb ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməlidir.

Video-konfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və birgə layihələrin icrası barədə razılığa gəlinib.

Paylaş: