
Son Xeberler
9 abunə
DİN əhaliyə müraciət etdi SON DƏQİQƏ
29.07.2020 09:25
960 baxış sayı
2 dəq. oxuma

Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.
Həmin müraciəti təqdim edir:
"Qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.
Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az)
Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

DİN əhaliyə müraciət etdi
Son Xeberler
589
26/10 06:30

Hərbi Komandanlıq işğal altında olan mülki əhaliyə...
Son Xeberler
569
04/10 13:28

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Son Xeberler
679
05/08 09:52

DİN əhaliyə müraciət etdi
Son Xeberler
629
31/07 09:21

Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərdəki d...
Son Xeberler
619
24/10 13:30

Ermənistan Səhiyyə Nazirliyi qan axtarır
Son Xeberler
566
27/10 12:17


