
"Azəristiliktəchizat"ın yığılmış zərəri 133 milyon manatı keçib
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2024-cü ili maliyyə fəaliyyəti nəticəsində 6,784 milyon manat zərərlə başa vurub. Şirkətin maliyyə hesabatına əsasən, bu zərər 2023-cü illə müqayisədə 30,7% azalıb. Zərərin azalmasına baxmayaraq, cəmiyyətin illər ərzində toplanan ümumi zərəri artmaqda davam edir.
Hesabat sənədlərinə görə, səhmdar cəmiyyətinin yığılmış zərəri ötən il 5,4% artaraq ən yüksək həddə, yəni 133,034 milyon manata çatıb. 2024-cü il yanvarın 1-nə olan vəziyyətə əsasən, "Azəristiliktəchizat"ın aktivləri 149,365 milyon manat təşkil edib. Bu məbləğ bir il əvvəlki göstəricidən 1,7% çoxdur.
Qurumun öhdəlikləri hesabat dövründə 7,7% artaraq 84,178 milyon manata yüksəlib. Eyni zamanda, cəmiyyətin balans kapitalında azalma müşahidə olunub: bu rəqəm 5,05% enərək 65,187 milyon manata düşüb. Qeyd edək ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin 2005-ci il 8 iyun tarixli sərəncamı əsasında yaradılmışdı. Şirkətin nizamnamə kapitalı hazırda 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təmin edir.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanı...
Azəri Xəbər
"Azəristiliktəchizat"ın debitor borcları 35 milyon...
Azəri Xəbər

Bu şəxslərə verilən güzəştli kreditlərin məbləği a...
Bugun.az

Manat güclənir - Xarici valyutanı geridə qoydu
Bugun.az

Əhali banklardakı əmanətlərini geri çəkib - NƏ BAŞ...
Son Xeberler

Naxçıvanda sənaye istehsalı azaldı
Bugun.az



