
Bakıda taxtalar yığılan ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonunun 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə baş verən yanğın söndürülüb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olan kimi, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Yanğın əhəmiyyətli dərəcədə genişlənə bilərdi, ancaq yanğınsöndürənlər zəruri və təxirəsalınmaz tədbirləri həyata keçirdilər. Ərazidə havanın küləkli olmasına baxmayaraq, alovun yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədi. Operativ müdaxilə sayəsində yanğınsöndürənlər alovun qarşısını tamamilə ala bildilər.
Yanğın hadisəsi nəticəsində həyətyanı ərazidə təxminən 500 kvadratmetr sahədə taxta tullantıları yanıb. Bundan başqa, ümumi sahəsi 50 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları ziyan görüb. Müdaxilə zamanı yaxınlıqda yerləşən digər tikililər və hava elektrik xətləri yanğından tam şəkildə mühafizə olundu.
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şabran və Qusarda yanğın oldu
Bugun.az

Binəqədi rayonunda baş verən yanğın söndürülüb - V...
Azəri Xəbər

Gəncə və İmişlidə yanğın oldu
Bugun.az

Bakıda yataqxanada yanğın oldu
Bugun.az

Xocavənd, Şuşa və Xocalıda dağlıq ərazidə baş verm...
Bugun.az

Füzulidə kitabxanada yanğın oldu
Bugun.az



