🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Şabran və Qusarda yanğın oldu

15.03.2025 11:25 35 baxış sayı 1 dəq. oxuma
Şabran və Qusarda yanğın oldu

Şabran və Qusar rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Şabran rayonunun Əmirxanlı kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,5 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Qusar rayonunun Bala Qusar kəndində ümumi sahəsi 54 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş: