
"Barselona"nın gənc futbolçusu London klubuna keçə bilər

Gənc "Barselona" futbolçusu Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək ehtimalı ilə üz-üzədir. İspaniya mətbuatının yaydığı xəbərə görə, Londonun "Vest Hem" klubu ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Bu transfer, La Liqa nəhənginin gənc istedadına ciddi maraq göstərilməsi deməkdir. London klubu yay transfer pəncərəsi açılan kimi, yəni, yayda 17 yaşlı futbolçu üçün danışıqlara başlamağı planlaşdırır. Onlar La Liqa nəhəngi ilə əlaqə qurmağa hazırlaşırlar.
Qeyd edək ki, Dro Fernandes 2022-ci ildə "Barselona"nın akademiyasına qoşulub. O, İspaniya U-18 millisinin də üzvüdür. Bu mövsüm o, Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı cəmi 2 rəsmi matçda iştirak edib. Bu qısa zamanda Fernandes bir qol ötürməsi ilə yadda qalıb.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

“Barselona”nın futbolçusu Rafinya “El Klassiko”nu...
Azəri Xəbər

PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transf...
Azəri Xəbər

"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler

"Barselona" ulduz futbolçunu transfer etdi
Bugun.az



