
Böyük Britaniya sualtı dronların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək
Böyük Britaniya hökuməti minaları aşkar etmək və sualtı obyektləri qorumaq üçün sualtı pilotsuz aparatların alınmasına 150 milyon funt sterlinq (təxminən 200 milyon dollar) vəsait ayırmağı planlaşdırır. Bu addım ölkənin dəniz təhlükəsizliyi qabiliyyətlərini müasirləşdirmək və mühüm infrastukturu qorumaq məqsədi daşıyır.
Məlumata görə, yeni dəniz dronları həm Qara dənizdə mina təmizləmə əməliyyatlarında, həm də kabellər və boru kəmərləri kimi mühüm sualtı infrastrukturun qorunması üçün istifadə ediləcək. Bu texnikanın tətbiqi hərbi əməliyyatların dəqiqliyini və sürətini xeyli artıracaq.
Böyük Britaniya Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, ilkin mərhələdə 24 sualtı dronun alınması nəzərdə tutulur. Hər bir cihazın təxminən 6 milyon funt sterlinqə (8 milyon dollardan çox) başa gələcəyi bildirilir. Nazirlikdən verilən açıqlamada vurğulanıb ki, bu pilotsuz gəmilər "insanlı mina ovlayan gəmilərdən daha sürətli və dəqiq fəaliyyət göstərir". Bu səbəbdən Britaniya hərbi dəniz qüvvələri yüksək dəqiqlikli sistemlərə üstünlük verir.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

KİV: Britaniya 200 milyon dollara sualtı mina aşka...
Azəri Xəbər
Böyük Britaniya məscidlərin təhlükəsizliyi üçün əl...
Azəri Xəbər

Bu ölkədə əlillik müavinətləri azalacaq
Bugun.az

Seltik Qəzzada təcili ərzaq ehtiyacları üçün 100 m...
Son Xeberler

Almaniya və Britaniya Atlantik okeanında Rusiyanın...
Azəri Xəbər
Britaniya Ukraynada qoşun yerləşdirmək üçün 135 mi...
Azəri Xəbər



