
Deputatlar barəsindəki təhrif olunmuş məlumatlar informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin vacib hissəsi olduğunu göstərir - Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və açıqlamaların informasiya təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdığını bildirib. O qeyd edib ki, bu mövzu artıq yalnız mütəxəssislərin deyil, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır. Parlamentin plenar iclasında çıxış edən millət vəkili, informasiyanın müasir dünyada sadəcə məlumat ötürmə vasitəsi olmadığını, əksinə, ən güclü strateji silah kimi istifadə edildiyini vurğulayıb. Bu mənada, məlumatların hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır.
C. Məmmədov yalan və ya təhrif edilmiş məlumatların təkcə fərdlərə deyil, bütövlükdə cəmiyyətə zərər vuran bir fakt olduğunu bildirib. O, informasiya müharibəsinin adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha böyük təhlükə yaratdığını qeyd edib. Deputat bu vəziyyəti İkinci Qarabağ Müharibəsi dövründə aydın şəkildə gördüyümüzü xatırladıb. Hərbi əməliyyatlarla yanaşı, ölkəmizə qarşı çox güclü informasiya müharibəsi də aparılırdı. O zaman bəzi saxta xəbərlər cəmiyyətin psixoloji durumuna təsir etmək, ordunun iradəsini zəiflətmək və xalq arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin dövlətimizin koordinasiyalı fəaliyyəti və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi doğru informasiya axınını təmin etməklə bütün bu cəhdləri boşa çıxardı.
Deputatın sözlərinə görə, regionda gedən proseslər, qlobal güclərin maraqları və ölkəmizə qarşı yönələn təxribatçı kampaniyalar, o cümlədən deputatlar barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Bu səbəbdən hər bir vətəndaş üzərinə düşən məsuliyyəti ciddi dərk etməlidir. Vətəndaşlar paylaşdıqları hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidirlər.
C. Məmmədov həmçinin insanları təşviq edib ki, təxribat xarakterli yazılara və saxta hesablardan yayılan məlumatlara alət olmasınlar. Əksinə, özləri ilə yanaşı, ətraflarındakı insanları da informasiyadan düzgün istifadə etməyə çağırmalıdırlar. Heç kim unutmamalıdır ki, informasiya silahı ya bizim gücümüzə güc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir. Hər bir vətəndaş diqqətli olmalı, dövlətimizin maraqlarını və xalqımızın təhlükəsizliyini qorumağı ən ümdə vəzifəsi bilməlidir. Ölkənin informasiya məkanının çirklənməsinə və qələbəmizə xələl gətirilməsinə yol vermək olmaz.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Daha iki deputat koronavirusa yoluxub
Son Xeberler

Deputatlar Ağdam kəndində -
Son Xeberler

İtaliyalı deputatlar Ağdama gedir
Son Xeberler

Deputatlar işğaldan azad edilən ərazilərə gedəcək
Son Xeberler

Ceyhun Bayramov XİN-ə üç yeni rəis təyin etdi
Son Xeberler

TKTA tərəfindən elan olunmuş diplomları tanınmayan...
Edumap.az Təhsil Portalı



