
Hamiltonda Zəfər Günü münasibətilə konsert təşkil edilib (FOTO)

Kanadanın Hamilton şəhərində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsert proqramı baş tutub. Bu tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Hamilton Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirildi. Konsertin təşkili barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Proqramın başlanğıcı Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə oldu.
Konsertdən əvvəl qonaqlar üçün xüsusi sərgi təşkil edilmişdi. Burada Azərbaycanın görkəmli bəstəkarlarının portretləri, onlar haqqında məlumat stendləri nümayiş etdirilirdi. İştirakçılara Azərbaycan milli musiqi alətləri – tar, kamança və qaval haqqında ətraflı məlumat verildi, maarifləndirici broşürlər paylandı. Hamiltonda fəaliyyət göstərən dekorator Nərmin Məmmədovanın təşəbbüsü ilə milli ruhu əks etdirən guşələr qurulmuşdu. Milli geyim nümunələri, xalq sənətinə aid bəzək əşyaları və ölkəmizin tarixinə dair ekspozisiyalar tədbir iştirakçılarında böyük maraq oyatdı.
Konsert proqramının əsas hissəsində müxtəlif ölkələrdən olan uşaqlar çıxış etdilər. Koreya, Çin, Pakistan, Kanada, İsrail, Suriya, Ukrayna, Rusiya və digər ölkələrdən olan uşaqlar Azərbaycan musiqilərini böyük sevgi ilə ifa etdilər. “Lirik vals”, “Sarı Gəlin”, “Sevgili Canan” və “Ay Laçın” kimi əsərlərin səsləndirilməsi böyük alqışlarla qarşılandı. Gecənin yadda qalan anlarından biri “ENANA” Balet Akademiyasının üzvlərinin bəstəkar Qara Qarayevin “Yeddi Gözəl” baletindən “Slavyan gözəli” obrazını canlandırması idi. Ardınca həmin baletdən Vals kompozisiyası təqdim olundu. Tədbir zamanı iştirakçılara, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü barədə məlumatlar verildi. Proqramın bədii rəhbəri Şəbnəm Sevinc uşaqlara sertifikatlar və hədiyyə kartları təqdim etdi. Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları ilə yekunlaşdı.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəş...
Azəri Xəbər

Bakıda Zəfər Günü münasibətilə konsert keçirilib,...
Azəri Xəbər

Naxçıvanda Zəfər Gününə həsr olunan konsert keçiri...
Azəri Xəbər

Bakıda bayram konserti nəzərdə olacaq?
Bugun.az

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığ...
Azəri Xəbər
Özbəkistan Prezidenti İlham Əliyevi Zəfər Günü mün...
Azəri Xəbər



