
İranda yüksək dərəcədə zənginləşdirilmiş uranın mövcudluğu narahatlıq doğurur - Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İsrail və ABŞ-nin İran hədəflərinə endirdiyi hava zərbələrinə baxmayaraq ölkədə hələ də zənginləşdirilmiş uranın qaldığını bildirib. O, yüksək dərəcədə zənginləşdirilmiş bu materialın mövcudluğunun beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurduğunu söyləyir. Qrossi bu barədə “Financial Times” qəzetinə verdiyi müsahibəsində danışıb.
Qrossinin qiymətləndirmələrinə görə, hava hücumları nəticəsində əlbəttə ki, böyük zərər dəyib, lakin uranın əsas hissəsi hələ də yerindədir. Onun sözlərinə görə, bura 60%-ə qədər zənginləşdirilmiş uranın əksəriyyəti daxildir. Həmçinin, 20%, 5% və 2% səviyyələrində olan uran ehtiyatları da qalır. O qeyd edib ki, silah səviyyəsinə yaxın bu qədər yüksək dərəcədə zənginləşdirilmiş materialın mövcudluğu təhlükə yaradır. Xatırladaq ki, 60% zənginləşdirmə səviyyəsi nüvə silahı üçün lazım olan həddə olduqca yaxındır.
Bu vəziyyət iyunun 13-nə keçən gecə İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra yaranıb. Münaqişənin gərginləşməsindən doqquz gün sonra ABŞ da döyüşə qoşuldu. ABŞ qüvvələri Fordo, Natanz və İsfahan kimi şəhərlərdə yerləşən İranın nüvə obyektlərinə zərbələr endirmişdi. Hücumların məqsədi proqramı dayandırmaq olsa da, BAEA rəhbərinin bəyanatı göstərir ki, yüksək dərəcədə zənginləşdirilmiş uran hələ də ölkədə qalmaqdadır, bu da regiondakı gərginliyi artırır.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
BAEA İranın nüvə obyektlərində aktivlik müşahidə e...
Azəri Xəbər

Rafael Qrossi BMT Baş katibi vəzifəsinə namizəd ol...
Azəri Xəbər

İrandan dünyanı qorxuya SALAN AÇIQLAMA:
Son Xeberler

İranda son sutkada 85 nəfər koronavirusdan ölüb
Son Xeberler

İranda son sutkada virusdan ölənlərin sayı artdı
Son Xeberler

İranda daha 216 nəfər pandemiyanın qurbanı oldu
Son Xeberler



