İranın AEBA ilə əməkdaşlıqda vasitəçiyə ehtiyacı yoxdur – Bəqai

23.11.2025 08:56 3 baxış sayı 3 dəq. oxuma Trend
İranın AEBA ilə əməkdaşlıqda vasitəçiyə ehtiyacı yoxdur – Bəqai

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) qarşılıqlı əməkdaşlıq etməsində heç bir vasitəçiyə ehtiyac duymur. Bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında açıqlama verib.


Bəqainin sözlərinə görə, İran AEBA-ya üzv ölkədir və onun Vyana şəhərində fəaliyyət göstərən nümayəndəsi var. İran öz mövqeyini açıq şəkildə bəyan edir və AEBA rəsmiləri ilə dialoqda öz mövqeyini bildirir. Ölkə, Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvü olduğu üçün özünü öhdəlikli hesab edir.


İran rəsmisi agentliyin baş direktoru Rafael Qrossinin İran və AEBA arasında hazırkı vəziyyətdən çıxmaq üçün vasitəçilik və növbəti müzakirələrə dair açıqlamasına da münasibət bildirib. O əlavə edib ki, İran və AEBA arasında heç bir dalan yoxdur. İranın gözləntisi budur ki, Agentliyin direktorları öz texniki məsuliyyətlərinə riayət edə və təzyiqlərin agentliyi peşəkar istiqamətindən uzaqlaşdırmasına imkan verməyə bilərlər.


İsmayıl Bəqai xatırladıb ki, ABŞ və İsrail İranın nüvə obyektlərinə hücum etməklə İran və AEBA-nın əməkdaşlıq prosesində ciddi problemlər yaratdılar. İran hazırda Nüvə Silahlarının Yayılmamasına dair Saziş və İran parlamentinin qanunu çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirir. Agentliklə dialoqlar bu çərçivədə planlaşdırılacaq. Lakin qeyd etmək lazımdır ki, Avropa üçlüyünün İran əleyhinə qarşılıqlı addımı mənfi nəticələrini göstərir. Bu mənfi nəticələrdən biri, sentyabrın 11-də Misir paytaxtı Qahirədə İran xarici işlər naziri Seyid Abbas Araqçi və AEBA-nın baş direktoru Rafael Qrossinin qarşılıqlı əlaqələri bərpa etmək üçün əldə etdiyi razılaşmanın qüvvədən düşməsi idi. Bu razılaşma Tehranın nüvə obyektlərində bütün yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar müəyyənləşdirirdi.


Bu hadisələr fonunda, sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası (TŞ) 2231 saylı qətnamə çərçivəsində İran əleyhinə TŞ-nın digər qətnamələrini bərpa edib. Qeyd edək ki, 20 iyul 2015-ci ildə qəbul edilən 2231 saylı qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnaməni və nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaları ləğv etmişdi. Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) 36 və 37-ci müddəalarına əsasən, üzv ölkələrdən biri digər tərəfin planı pozmasına dair şikayət etdikdə məsələ BMT Təhlükəsizlik Şurasında irəli sürülə bilər. Şikayət qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər, hətta Təhlükəsizlik Şurası üzvlərinə hərbi əməliyyat icazəsi verilə bilər.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: