İsveçrənin Lozanna şəhərində arxeologiya muzeyi qarət olunub

21.11.2025 17:05 7 baxış sayı 2 dəq. oxuma Trend
İsveçrənin Lozanna şəhərində arxeologiya muzeyi qarət olunub

İsveçrənin Lozanna şəhərində yerləşən Roma Arxeologiya Muzeyi qarət edilib. Trend xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis hadisə ilə bağlı açıqlama yayıb. Polis bildirir ki, soyğunçuluq baş verən zaman muzeyi yalnız bir mühafizəçi qoruyurdu, həm də həmin şəxs hadisə yerində olub.


Polisin verdiyi məlumata görə, soyğunçuluq planlı şəkildə həyata keçirilib. İki nəfər muzeyə giriş bileti alaraq içəri daxil olub. Onlar içəridə mühafizəçiyə hücum edərək onu tutublar. Daha sonra cinayətkarlar vitrini sındırıblar. Onlar həmin vitrindən bir neçə qızıl sikkəni oğurlayıblar.


Cinayətkarlar hadisə yerindən qaçdıqdan sonra mühafizəçi siqnalizasiya sistemini işə sala bilib. Polis dərhal hadisə yerinə gəlib, lakin oğrular hələ ki tutulmayıb. Hazırda muzeydə inventarlaşdırma aparılır. Bu prosesin məqsədi oğurlanan əşyaların, xüsusən də qızıl sikkələrin dəqiq sayını müəyyən etmək, eyni zamanda itən digər əşyaların olub-olmamasını dəqiqləşdirməkdir. İstintaq davam edir.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: