Kürdəmirdə Uşaq Bağçasında Yanğın Baş Verib

17.10.2025 05:37 9 baxış sayı 1 dəq. oxuma Apa
Kürdəmirdə Uşaq Bağçasında Yanğın Baş Verib

Kürdəmir rayonunda yerləşən uşaq bağçası binasında yanğın hadisəsi qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı dərhal əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.


Yanğın ilk olaraq bağçanın ərazisində 7 m² sahədə taxta tullantılarının yanması ilə başlayıb. Daha sonra alov bitişik, ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²), 16 otaqlı ikimərtəbəli binaya keçib.


Bildirilib ki, yanğın nəticəsində iki otağın yanar konstruksiyaları 50 m² sahədə, həmçinin 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd uşaq çarpayısı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.


Həyata keçirilmiş çevik müdaxilə nəticəsində bağça binasının qalan hissəsi yanğından etibarlı şəkildə mühafizə edilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən tamamilə söndürülmüşdür.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: