Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

17.10.2025 12:56 11 baxış sayı 1 dəq. oxuma Report
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə növbəti dəfə depozit hərracı təşkil edib. Bu hərrac vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün keçirilib.


Bu barədə nazirlikdən "Report"a məlumat verilib.


Hərracın nəticələri açıqlanıb. Vahid xəzinə hesabının 600 milyon manat sərbəst qalığı depozitə yerləşdirilib. Bu məbləğ 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə üç banka verilib. Seçilən banklar kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçüdür.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: