
Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib (FOTO)

Oktyabrın 18-də məktəblilər arasında "R.M. 90" proqramlaşdırma müsabiqəsi uğurla baş tutdu. Bu tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə həyata keçirildi. Müsabiqə Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibətilə təşkil edilmişdi.
Final mərhələsinə seçimdən keçə bilmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 50 nəfər qatıldı. Gənc finalçılar proqramlaşdırmanın C++ və "Phyton" dilləri sahəsindəki bilik və bacarıqlarını sınaqdan keçirdilər. Yarışma başa çatdıqdan sonra tədbirin rəsmi hissəsinə start verildi.
İRİA-nın departament müdiri Vüsalə Qurbanova açılış nitqi ilə çıxış etdi. O, bu cür müsabiqələrin faydalarını vurğuladı, qalibləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı. Tədbirdə həmçinin Azərbaycan Texniki Universitetinin prorektoru, ICPC Azərbaycan üzrə Regional Müsabiqə Direktoru və 49-cu ICPC Dünya Finalının direktoru da çıxış etdilər.
Rəsmi hissə qaliblərin mükafatlandırılması ilə tamamlandı. Nəticələrə əsasən, 1-ci, 2-ci və 3-cü yerlər üzrə hər birində 3 nəfər olmaqla, ümumilikdə 9 nəfər qalib təyin olundu və təltif edildi. Bu müsabiqənin əsas hədəfi İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, "Şöhrət" ordenli alim Ramin Mahmudzadənin irsini gənc proqramçılara çatdırmaq idi. Həmçinin, təşkilatçılar bu yolla yeni istedadları kəşf etməyi və gənclərə kompüter sahəsində lazımi biliklər qazandırmağı planlaşdırırdılar.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Eurovision 2026” bu şəhərdə keçiriləcək
Bugun.az
Təqaüdlü proqramlaşdırma tədrisi - seçilən 100 nəf...
Edumap.az Təhsil Portalı

Daşkəsəndə Zəfər Günü münasibətilə tədbir keçirili...
Bugun.az

"Avroviziya - 2025" mahnı müsabiqəsi başladı
Bugun.az

Beyləqanda Məktəblilər Arasında Dava: 7-ci Sinif Ş...
Bugun.az

"Azercell"in dəstəklədiyi gənclərdən beynəlxalq sə...
Azəri Xəbər



