
Müxtəlif dinlərin nümayəndələri olan övladlarımız Vətən müharibəsində Azərbaycan torpağı uğrunda döyüşdülər - Salman Musayev
Azərbaycan hər zaman fərqli dinlərə mənsub insanların və müxtəlif dini etiqad sahiblərinin azad yaşaması üçün şərait yaradıb. Dövlətimiz onlara daim hörmət və ehtiram göstərib. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Fərqliliyin rəngi” festivalında səsləndirib.
Musayev qeyd etdi ki, Azərbaycanda dini azadlıq şəraitində yaşayan insanlara qarşı heç vaxt ayrı-seçkilik edilməyib. Onlar üçün həmişə bərabər şərait yaradılıb. O, bəzən müzakirə edilən "tolerantlıq" sözünə tənqidi yanaşdığını dilə gətirdi. Musayevə görə, tolerantlıq bəzən “məcburi dözümlülük” kimi eşidilir. O, vurğuladı ki, biz dözümlülük göstərmirik, biz bir-birimizə hörmət edirik. Ölkədə elə bir mühit yoxdur ki, hər hansı bir etiqad nümayəndəsinin dözümlülüyə ehtiyacı yaransın. Buna görə də ölkəmiz bütün vətəndaşlarına hörmət və ehtiram göstərir. Bu münasibət bizim qürur mənbəyimizdir, çünki biz burada hörmət şəraitində yaşayırıq.
Musayev bildirdi ki, Azərbaycanın müxtəlif dinlərin nümayəndələrinə göstərdiyi münasibət 44 günlük Vətən müharibəsi zamanı özünü daha aydın göstərdi. Həmin dinlərin nümayəndələri olan gənclər Azərbaycan bayrağı və Azərbaycan torpağı uğrunda döyüşdülər, şəhid oldular, yaralandılar. Biz bu birliyi öz gözlərimizlə gördük. O, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda hər bir din nümayəndəsinin yalnız öz ibadət yerində dayanmaq məcburiyyətində olmadığını əlavə etdi. Əksinə, Azərbaycanda onlar bir arada, geniş və açıq şəkildə öz dini ənənələrini təqdim edə bilirlər.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şəhid qardaşı şəhid bacısı ilə evləndi - FOTO
Bugun.az

Azərbaycanda dini icmalar üçün bərabər şərait yar...
Bugun.az

Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi -
Son Xeberler

Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi -
Son Xeberler

İtkin şəhidi Cəmil Rəhimovla vida mərasimi keçiril...
Bugun.az

Zəfər günü ilə bağlı festival keçiriləcək
Bugun.az



