
Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilib - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) Həmrəylik Forumu Naxçıvan şəhərində işini yekunlaşdırıb. Azərbaycanın təşəbbüsü ilə başlayan forum əvvəlcə Bakıda keçirilib, daha sonra noyabrın 25-də Naxçıvanda davam edib. Bu tədbir çərçivəsində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək. Məlumatlara görə, TDT-yə üzv ölkələrin ictimai təşkilatlarını birləşdirən bu yeni Platformaya Azərbaycan rəhbərlik edəcək. Forumda rəsmi çıxışlar dinlənilib, həmçinin "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə təşkil edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin rəmzi mənasını vurğulayıb. O qeyd edib ki, 2009-cu ildə "Naxçıvan Sazişi"nin imzalandığı şəhərdə TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi böyük önəm daşıyır. Muxtar respublikanın vətəndaş cəmiyyəti nümayəndələri türk dövlətləri ilə əməkdaşlığı genişləndirməkdə xüsusi maraq göstərirlər. Naxçıvan QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva salamlam nitqi ilə çıxış edərkən son illərdə türk dövlətləri ilə birgə layihələrin silsilə xarakter aldığını bildirib. O, son üç il ərzində Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lər və tərəfdaş qurumlarla bir sıra vacib layihələrin həyata keçirildiyini qeyd etdi. A. Əliyeva bu işlərə misal olaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını və COP29 çərçivəsində Bakıda keçirilən "Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu"nu göstərdi. Direktur həmçinin dünən ilk dəfə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu"nun keçirildiyini və gələcəkdə bu formatda ikinci forumu Qazaxıstanda reallaşdırmağa ümid etdiyini əlavə edib. Forum panel müzakirələrlə başa çatıb.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin...
Azəri Xəbər

Bakıda ilk dəfə TDT ölkələrinin qeyri-hökumət təşk...
Azəri Xəbər

Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəyl...
Azəri Xəbər

TDT ölkələrinin qeyri-hökumət təşkilatları forumu...
Azəri Xəbər
Deputat: Zəngəzur dəhlizi hamı üçün faydalı olacaq...
Azəri Xəbər

Naxçıvanda yanacaqdoldurma məntəqəsində yanğın baş...
Azəri Xəbər



