
Nazir: Vaşinqton Bəyannaməsi regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Vaşinqtonda avqustun 8-də imzalanmış Birgə Bəyannamə və əldə olunan digər tarixi razılıqlar regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir.
Nazir bu bəyanatı Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu razılaşmalar Cənubi Qafqazda sabitlik mühitinin yaranmasına müsbət təsir göstərəcək.
Bayramov çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini diqqətə çatdırıb. O, həmçinin Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan mühüm addımlar barədə məlumat verib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Vaşinqton razılaşması artıq bir sıra praktiki nəti...
Azəri Xəbər

Qəzzada sülh prosesi irəliləyib - Tramp
Bugun.az

Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında s...
Azəri Xəbər

XİN: Tramp marşrutu ilə bağlı tikinti işlərinə nə...
Azəri Xəbər

KDR və Ruanda liderləri ABŞ-də sülh müqaviləsi imz...
Azəri Xəbər
Ekspert: ABŞ TRİPP layihəsi ilə regionda öz yerini...
Azəri Xəbər



