Partiyalara ayrılan vəsaitin bölgüsündə müəyyən dəyişikliyə ehtiyac var – Fazil Mustafa

12.11.2025 08:25 3 baxış sayı 2 dəq. oxuma Trend
Partiyalara ayrılan vəsaitin bölgüsündə müəyyən dəyişikliyə ehtiyac var – Fazil Mustafa

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa siyasi partiyalara ayrılacaq dövlət vəsaitinin paylanması haqqında danışıb. Gələn il həm parlamentdə təmsil olunan, həm də seçkilərdə etibarlı səslər qazanaraq Milli Məclisə daxil olmayan siyasi partiyalara ümumilikdə 6 milyon manat ayrılacaq.


Fazil Mustafa qeyd edib ki, bu məbləğ dövlətin hazırkı imkanları ilə uyğun gəlir. Lakin komitə sədri sözügedən vəsaitin bölgüsü məsələsində müəyyən dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. O, bu fikirləri Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.


Komitə sədri izah edib ki, bir partiyanın çoxluğu təşkil etməsi təbii bir haldır və buna görə də həmin partiyaya daha çox vəsait ayrılması nəzərdə tutulur. Amma o bildirib ki, digər partiyaların inkişafı üçün verilən vəsait məqsədəuyğun şəkildə istifadə olunmalıdır. Əgər bu vəsait düzgün xərclənsə, onların da inkişafına öz köməyini göstərəcək. Buna görə də, vəsaitin paylanması mexanizminin yenidən baxılması partiyaların inkişafını dəstəkləmək baxımından vacibdir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: