Qəbələdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 12-ci görüşü keçirilib

28.11.2025 15:16 3 baxış sayı 2 dəq. oxuma Report
Qəbələdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 12-ci görüşü keçirilib

Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 12-ci görüşü baş tutub. Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan sədrlik edib. Komissiyaların 12-ci görüşünün tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsi məmnunluqla qeyd olunub.


Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunlarına dair əldə edilən razılaşmanı qeyd ediblər. Bu razılaşmaya görə, delimitasiya üzrə kompleks işlər dövlət sərhədinin şimal sahəsindən başlamalıdır. İşlər Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, yəni şimaldan cənuba doğru aparılacaq. Proses Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər davam edəcək. Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.


Komissiyalar həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələrini müzakirə ediblər. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər haqqında ayrıca fikir mübadiləsi aparıblar. Tərəflər növbəti iclasın tarixini iş qaydasında müəyyən etmək barədə razılığa gəliblər. Növbəti görüş Ermənistan Respublikasının şəhərlərindən birində keçiriləcək.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: