Azərbaycan və Ermənistan Sülh Sazişi üçün Razılığa Gəldi

26.09.2024 17:25 194 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan və Ermənistan Sülh Sazişi üçün Razılığa Gəldi

Azərbaycan və Ermənistan, mümkün qısa müddətdə Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylər göstərmək barədə razılığa gəliblər.


Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Nyu-Yorkda keçirilən görüşə dair yayılan rəsmi məlumatda deyilir.


Bildirilir ki, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: