Qərbi Azərbaycan Xronikası: Bayburd, Bəydağ, Baydarçay - türk tarixinin izi

04.11.2025 20:07 9 baxış sayı 2 dəq. oxuma Report
Qərbi Azərbaycan Xronikası: Bayburd, Bəydağ, Baydarçay - türk tarixinin izi

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində hazırlanmış yeni süjetdə türk tarixinin mühüm izləri araşdırılır. Jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də yayımlanan bu süjet "Baytar/baydar türk etnonimindən yaranan Baydarçay" adlanır. Bu material erməni saxtaklığına və addəyişmə terroruna məruz qalan Bayburd, Bəydağ kimi toponimlərə və Baydarçay hidroniminə həsr olunub. Bildirilir ki, şovinist və daşnak ermənilər Qərbi Azərbaycan ərazisində türk izlərini yox ediblər. Müxtəlif mənbələrdən silinmiş bu toponim adları Azərbaycanın həmin torpaqlarının tarixi gerçəkliyinin sarsılmaz sübutudur.


İndiki Ermənistan ərazisində tarixən Azərbaycan mənşəli toponimlər mövcud olub. Lakin erməni saxtakarlığı onların dəyişdirilməsinə səbəb oldu. Eyni zamanda azərbaycanlılar bu yerlərdən deportasiya edildilər. Bu, danılmaz tarixi həqiqətdir. Məhz bu faktlar soydaşlarımızın qədim yurdlarında yaşadıqlarını göstərir. Artıq yüzminlərlə insan həqiqət işığına toplaşır və doğma ocaqlara qayıtmaq arzusundadır. Təbii ki, bu qayıdışla tarixi ədalət bərpa ediləcək və soydaşlarımızın yurd həsrətinə son qoyulacaq.


“Qərbi Azərbaycan Xronikası” layihəsinin əsas məqsədi unudulmuş tarixi qədim torpaqlarımızın adını yaşatmaq və tanıtmaqdır. Layihə azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qalması hallarını üzə çıxarır. O, həmçinin həmin ərazilərdə mövcud olmuş, lakin adları silinən toponimlərin və saysız-hesabsız maddi mədəniyyət nümunələrinin tədqiqinə diqqət yetirir. Buraya qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid və ocaqlar daxildir. Bütün bu faktların dünya ictimaiyyətinə çatdırılması həmin ərazinin təmiz Oğuz-Türk məskənləri olduğunu təsdiqləyir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: