
QMİ Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıq prosedurlarının daha erkən başlaması üçün ildən-ilə yeni işlər görür. Bu, zəvvarların səfərlərinin təşkili prosesini sürətləndirməyə kömək edir. Nazirlik bu il dünyadakı bütün Həcc missiyalarına ötən ziyarətdən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bu məsələ ilə bağlı məlumat yayıb. O bildirir ki, müvafiq olaraq viza verilməsi proseduru da çox erkən başlanılıb. Bu prosesin Ramazan ayının sonunadək bitirilməsi planlaşdırılır. Həccə niyyəti olan vətəndaşlardan xahiş edilir ki, vaxtın genişliyinə baxmasınlar. Onlar yerlər bitmədən gəlib qeydiyyata alınmalıdırlar. Qeydiyyata erkən başlanılmasına baxmayaraq, vətəndaşlar hər gün müraciət edirlər.
Vüsal Cahangirinin sözlərinə görə, əvvəlki təcrübələr göstərir ki, mövsümün sonunda xeyli vətəndaş Həccə getmək üçün müraciət edir. Həmin ərəfədə isə artıq kvota tamamlanır və vətəndaş ziyarətə gedə bilmir. Bu səbəbdən, Həcc üçün niyyət etmiş zəvvarlara gec qalmadan müraciət etmələri tövsiyə olunur. Erkən müraciət etmək onların Həccə qeydiyyat imkanlarını artırır və kvotaların dolması riskini azaldır.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Zəvvarların bir qrupu yola düşəcək
Bugun.az

Azərbaycanlı zəvvarlara bəd xəbər:
Son Xeberler

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Bugun.az

Həcc ziyarətinin vaxtı elan olundu
Bugun.az

Bu il Həcc ziyarəti olacaq? -
Son Xeberler

"Səudiyyə Mars deyil ki, ora 10 minə gedəsən" - İl...
Bugun.az



